Elektronika Məhsullarında %50 ENDİRİMİ QAÇIRMA!   x

Məxfilik Siyasəti

www.turrus.az  veb-saytının “Konfidensiallıq Siyasəti” başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respubikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

www.turrus.az  veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir.

İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.


İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür.

Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan, belə orqanlara təqdim edilə bilər.