Vakansiyalar
ÜMUMİ CV MÜRACİƏTİ
“OMİD” topdan və pərakəndə satış mağazalar şəbəkəsi üzrə Kadr ehtiyat bazasının artırılması məqsədilə müraciətlərin qəbulu başlanılmışdır.
Hüquqşünas Mühasib Mağaza Müdiri Anbardar İnsan resursları üzrə mütəxəssis Təlimlərin idarə olunması üzrə mütəxəssis Baş satış məsləhətçisi Satış məsləhətçisi Satışın inkişafı üzrə mütəxəssis Topdan satışların idarə olunması üzrə mütəxəssis Pərakəndə satışların idarə olunması üzrə mütəxəssis Merçendayzer Marketinq mütəxəssisi Planlama mütəxəssisi Satınalma mütəxəssisi Kateqoriya mütəxəssisi Dizayner Sürücü Mühafizəçi Kassir Fəhlə Xadimə
Uyğun namizədlərdən müraciət etmək istədiyi sahənin adını mövzu hissəsində qeyd etməklə cv@turrus.az elektron ünvanına göndərmələri xahiş olunur. Telefon: |
MAĞAZA MÜDİRİ
“Turrus” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə Mağaza müdiri vakansiyası.
İş haqqında məlumat
Mağazanın fəaliyyətini idarə və koordinasiya etmək;
Mağazanın əməliyyat, maliyyə və hüquqi işlərinə nəzarət etmək;
Biznes proseslərinə uyğun olaraq əməliyyat standartlarında mükəmməlliyi təmin etmək;
İşçi performansının idarə edilməsi prossesinin yerində olmasını təmin etmək.
Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərinə dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
Satış nöqtələrindən və alıcılardan daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
Satış prossesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək;
Namizədə dair tələblər:
Ali təhsil ;
Yaş həddi: 25-40
Satış və müştəri xidməti sahəsində minimum 3 il təcrübə;
Yüksək təşkilati bacarıqlar (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.);
Satış texnikası və prinsiplərini bilmək;
Alıcılara keyfiyyətli xidmət standartlarını və xidmətin təşkili metodlarını bilmək;
Analitik bacarıqlara sahib olmaq;
Münaqişələrin həlli bacarıqları
Məsuliyyət, dəqiqlik və inkişafa meyillilik;
Şifahi və yazılı ünsiyyət bacarıqları;
Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti, Rus dili, (İngilis dili biliyi arzu olunandır)
MS Office proqramları üzrə biliklərə sahib olmaq.
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 800 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Mağaza müdiri" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.
SATIŞ MƏSLƏHƏTÇİSİ
“Turrus” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri , Abşeron rayonu və regionlar üzrə Satış məsləhətçisi vakansiyası.
İş haqqında məlumat:
Mağazanın satış işini təmin etməlidir;
Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) həyata keçirməlidir;
Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
Dil bilikləri: azərbaycan dili-səlis (rus dili arzuolunandır);
Ali, orta və ya natamam orta təhsil (Texniki peşə məktəbi və ya kollec məzunlarına üstünlük verilir);
Minimum riyazi hesablamaları;
Satış texnikası və prinsipləri;
İşgüzar ünsiyyət və davranış etiket qaydalarını bilməlidir.
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 400 manat.
Yaş həddi: 20 - 30 yaş.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Satış məsləhətçisi" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.
KASSİR
“Turrus” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə Kassir vakansiyası.
İş haqqında məlumat:
Alıcılara fasiləsiz kassa xidmətini təmin etməlidir;
Müştərilərlə, eləcədə iş yoldaşlari ilə gülərüz, mehriban olmalı, kassa xidməti göstərərkən alıcılarla nəzakətli rəftar etməlidir;
Alıcılara kassa xidməti göstərərkən rahat şərait yaratmalı, növbələrin yaranmaması üçün işini operativ şəkildə həyata keçirməlidir;
Hər bir müştərinin çekini təqdim etdikdən sonra müştərilər tərəfindən alınan məhsulları paketlərə yığmalıdır;
Ona təhkim olunan kassa ətrafı satış mallarının səliqəli düzülməsinə və inventarlarının keçirilməsinə cavabdehdir;
Kassa ətrafı satış məhsullarını müştəriyə təqdim etməlidir;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə tələblər:
Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
Orta və ya ali təhsil (Texniki peşə məktəbi və ya kollec məzunlarına üstünlük verilir);
Dil bilikləri: Azərbaycan dili səlis (Rus dili arzuolunan);
Pul vəsaitlərinin qəbulu, verilməsi və saxlanması qaydalarını;
Satış texnikası və prinsiplərini, davranış etikasını;
Nəzarət - kassa aparatlarının istismarı qaydalarını;
Kassada istifadə olunan mövcud proqramı kassa səviyyəsində bilməlidir.
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 400 manat.
Yaş həddi: 20 - 30 yaş.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Kassir" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.
XADİMƏ
“Turrus” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə Xadimə vakansiyası.
İş haqqında məlumat:
İş günü ərzində mağazanın təmizliyinin və səliqəsinin tələb olunan vəziyyətdə olmasını təmin etməlidir;
Vitrin və rəflərin təmizliyinə nəzarət etməli, təmizləməlidir;
Gülərüz, mehriban olmalı, alıcılarların ticarət zalında sərbəst hərəkətinə mane olmamalıdır;
Mağazanın gündəlik təmizliyini və səliqə - səhmanını lazımi səviyyədə saxlamalı, hər gün mağazanın açılışına qədər ticarət zalını və digər inzibati əraziləri, ticarət zalında və ofis hissəsində olan sanitar qovşaqları təmizləməli və havasını dəyişməlidir;
Təsdiqlənmiş qrafik əsasında sanitar qovşaqların və ticarət zalının təmizliyini yoxlamalı və təmizliklə bağlı aşkar olunan çatışmazlıqları aradan qaldırmalıdır;
İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşü və şəxsi gigiyenasına fikir verməlidir;
Rəhbərliyin əmr və göstərişlərini vaxtında, dəqiq yerinə yetirməlidir;
İş gününün sonunda mağaza ərazisini təmiz təhvil verməlidir.
Daxili nizam intizam qaydalarına əməl etməlidir;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə tələblər:
Yaş həddi: 30-50;
Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
Natamam orta və ya orta təhsilli;
Sağlam olmalı;
Təmizlik vasitələrindən və avadanlıqlarından istifadə qaydalarını;
Davranış etikasını;
Sanitariya, texniki, yanğın və əməyin təhlükəsizliyi qaydalarını;
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 350 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən "CV"lərini mövzu yerində "Xadimə" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.
ANBARDAR
“OMİD” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə Anbardar vakansiyası.
İş haqqında məlumat:
Anbara yükləri təhvil almaq, yükləri yükalana təhvil vermək:
İxrac yüklərini və poçtu anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
Yüklərin xüsusiyyətindən asılı olaraq yüklərin anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
Yükü idxal anbarına qəbul edərkən yük manifesti ilə yükə aid göstəriciləri tutuşdurmaq;
Yükün qablaşdırılmasına diqqət yetirmək;
Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə tələblər:
Cinsi: Kişi;
Yaş həddi 30-40 arası kişi namizəd;
Ofis proqramlarında işləyə bilmə bacarığı;
Davranış etikasını;
Sanitariya, texniki, yanğın və əməyin təhlükəsizliyi qaydalarını;
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 500 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən "CV"lərini mövzu yerində "Anbardar" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.
FƏHLƏ
“OMİD” topdan və pərakəndə mağazalar şəbəkəsi Bakı şəhəri, Abşeron rayonu və regionlar üzrə Fəhlə vakansiyası.
İş haqqında məlumat:
Əl ilə və ya əl arabası ilə, transpalet kimi nəqliyyat vasitələrindən istifadə edərək firmalar tərəfindən gətirilən malları normaya uyğun şəkildə ehtiyyatla maşından boşaltmalıdır;
Mağazanın anbarına qəbul olunan məhsulların dəqiq, səliqəli, ehtiyyatlı şəkildə və vaxtında anbar rəflərinə yığılmasını həyata keçirməlidir;
Satış zalında ehtiyac olan malları anbardan çıxarıb şöbə üzrə satıcıya təhvil verməlidir;
Yeni gələn malların yüklənməsi üçün anbarda şərait yaratmalıdır;
Ehtiyac olduqda şirkətin digər sahələrində də hər hansı yükləmə, boşaltma işlərində və kömək xarakterli digər işlərdə də iştirak etməlidir;
Mağazanın forma geyim tələblərinə riayət etməlidir;
Namizədə tələblər:
Yaş həddi: 20-40
Orta və ya natamam orta təhsil (Texniki peşə məktəbi və ya kollec məzunlarına üstünlük verilir);
Əllə və mexaniki üsulla yüklərin yüklənmə, daşınma, boşaldılma və mühafizə edilmə şərtlərini;
Texniki vəsaitləri tanımalı və qablaşdırılması formasını bilməlidir;
Davranış etiketi qaydalarını bilməlidir;
Sanitariya, texniki, yanğın və əməyin təhlükəsizliyi qaydalarını;
Nahar şirkət tərəfindən təmin edilir;
Həftədə 1 gün istirahət;
Əmək haqqı - 430 manat.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən "CV"lərini mövzu yerində "Fəhlə" yazaraq cv@turrus.az ünvanına göndərmələri xahiş olunur.